top of page

Ləğv olunan "Dəmir Bank"ın sədri:"Hər şey nisbidir"


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş “Dəmir Bank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Bankın bağlanmasına münasibət bildirib.

O, qısa açıqlamasında bunları deyib:

“Bununla bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm”.

Azadpress.az Marj.az-a istinadən xəbər verir ki,Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.

Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul etmişdir.


bottom of page