top of page

Tanınmış oftalmoloq işsiz qala bilər


Azadpress.az modern.az-a istinadən xəbər verir ki, Oftomologiya kefdrasının rəhbəri, tanınmış oftomoloq Paşa Qəlbinuru da işdən azad etmək istəyirlər. Amma 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərən həkim, vəzifəsindən uzaqlaşmaq istəmir. Kafedradakı mənbənin bildirdiyinə görə, artıq onun məsələsinə baxılıb və vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar verilib.

P.Qəlbinur sayta açıqlamasında Universitetdə kadr dəyişikliyi getdiyini təsdiqləyib: "Bəli, doğrudur, bir neçə kafedra müdiri vəzifədən göndərilib, yenilərilə, daha gənc olanlarla əvəzlənib. Amma qeyd edim ki, göndərilənlərin hamısı təqaüd yaşına çatanlardır. Onların hamısı 70, 80, 85, 90 yaşlılardır. Amma bu yaşlarda olub hələ də çalışanlar var. Çünki bacarıqları, qabiliyyətləri var. Azərbaycanda yaş senzi yoxdur”.

Tanınmış həkim vəzifədən uzaqlaşmaq niyyətinin olmadığını vurğulayıb: "Mən hazırda Oftomologiya kafedrasının rəhbəriyəm. Təqaüd vaxtım da deyil. Nəyə görə uzaqlaşdırılmalıyam ki? Belə şey yoxdur. Bu barədə yazırlar, amma mənim hələ vəzifədən uzaqlamaq fikrim yoxdur”.Azadpress.az

bottom of page