top of page

Yerevan avtobusunun öldürdüyü gənclər azərbaycanlı imiş


Tiflisdə baş verən ağır yol-qəza hadisəsinin təfərrüatları məlum olub.

Azadpress.az GAXA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir sürücü və 4 sərnişin həlak olub. Həlak olanların hamısı 19 yaşlı azərbaycanlı gənclər olub. Hadisə baş verən zaman gənclər hadisə yerində keçiniblər.

Hadisə ilə bağlı Gürcüstan Fövqəladə Hallar Departamenti məlumat yayıb: “Lada” markalı minik avtomobil Rusiyadan Yerevana gedən “Mersedes Neoplan” yüngül minik avtomobili ilə toqquşub. “Lada” avtomobilinin sürücüsü və 4 sərnişini hadisə yerində keçinib”, nazirlik məlumat yayıb.

Məlum olub ki, toqquşma nəticəsində həlak olan azərbaycanlı gənclər azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndindən olublar. Araşdırma nəticəsində məlum olub ki, RO 011 AL Gürcüstan nömrə nişanlı “Lada” markalı minik avtomobili ilə Ermənistana gedən “Mersedes Neoplan” yüngül minik avtomobilinin toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı istintaq araşdırması başlayıb.Azadpress.az

bottom of page