top of page

Avropalı turistlər Bakıya maraq göstərir


Fransanın “Prussianblue.fr” portalında “Bakıya səyahət” adlı məqalə yayılıb.

Azadpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdə səfərdə olmuş fransız jurnalist-fotoqraf Azərbaycanın müsəlman Şərqinin ilk dünyəvi ölkəsi olmasından, qadınlara ilk dəfə səsvermə hüququnun verilməsindən, burada müxtəlif dinlərin və xalqların nümayəndələrinin mehriban ailə kimi birgə yaşamasından yazıb. Müəllif Bakıdakı həyat tərzinin Parisdəki ilə oxşar olduğunu bildirib.

Məqalədə, həmçinin dövlətimizin xarici siyasətindən, həyata keçirilən iqtisadi və siyasi islahatlardan söz açılıb. Həmçinin Bakının memarlıq abidələrindən, Heydər Əliyev Mərkəzindən bəhs edilib.Azadpress.az

bottom of page