top of page

Bakıda vahid sürücü bazası yaradılır


Azadpress.az xəbər verir ki,bu haqda Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.

O qeyd edib ki,vahid sürücü bazasının yaradılması ilə bağlı işlər gedir. Artıq 3001 nəfər sürücü haqqında məlumatlar həmin bazada yerləşdirilib.

"Daşıyıcılara göndərilən sorğular nəticəsində bütün sürücülərin məlumatları bu bazada yerləşdiriləcək. Həmin sürücülərin hamısı təlimlərə cəlb ediləcək. Etik qaydaları pozub işdən çıxarılan hər hansı sürücü bazada "qara siyahı"ya salınacaq. Bundan sonra həmin sürücü başqa marşrutda işə qəbul edilməyəcək. Elektron baza formalaşandan sonra daşıyıcı istədiyi sürücünü işə qəbul edə bilməyəcək. Əgər daşıyıcıya sürücü lazım olsa, məhz həmin bazada olan sürücünü işə götürəcək. Yəqin ki, gələn il bu məsələ yekunlaşacaq və baza təkmilləşəcək",-deyə,V.Kərimli bildirib.Azadpress.az

bottom of page