top of page

Fazil Mustafa Şeyx Xiyabanini ermənipərəst adlandırdı


Millət vəkili Fazil Mustafa növbəti dəfə qalmaqallı yazı ilə çıxış edib.Deputat Azinform.az saytında yazıçı Əkrəm Əylisli haqqında yazdığı "Əkrəm Əylislinin səssiz yubileyi" məqaləsində Seyid Cəfər Pişəvari və Şeyx Xiyabanıni ermənipərəst adlandırıb. Millət vəkili Fazil Mustafa məqalədə Əkrəm Əylisliyə bəraət verən sətirlərdə yazıb:

"Bu cür davranışların Azərbaycanın yaxın tarixində bir neçə nümunələrini xatırlatsaq, Əkrəm Əylislinin hansısa cığır açmadığını rahatca görə bilərik. 1918-ci ildə Nuri Paşa ordusu ilə Bakıya girərkən erməni cəlladlarında qisas aldığı vaxt Seyid Cəfər Pişəvəri onun ermənilərə qarşı törətdiyi vəhşilikdən yazırdı. Halbuki 1918-ci ilin mart soyqırımında törədilənlərin yanında Nuri Paşanın etdikləri çox humanist davranış sayıla bilərdi. Paşamız, yalnız Azərbaycan türklərinin soyqırımında iştirak etmiş erməni quldurlarına layiq olduqları cəzanı vermişdi. Yaxud da 1918-ci ildə Güney Azərbaycanı erməni qətliamından xilas etməyə gəlmiş türk ordusuna qarşı ermənilərlə birlikdə hərəkət edən Xiyabaninin çıxışlarını xatırlamaq yerində olardı. Əkrəm Əylisli erməniləri Əylisdə qətlə yetirən Azərbaycanın xilaskarı olan Türk paşası obrazını da eyni silsilədən baxışla davam etdirdiyinə görə xalq tərəfindən bağışlanmaz bir günah sahibi kimi qəbul olundu"

Ermənipərəst mövqeyinə görə ictimaiyyətin qınaq obyekti olmuş Əkrəm Əylisli həmçinin türk şairi Nazim Hikmətlə müqayisə olunub. Millət vəkili azərbaycanlıları vəhşilikdə ittiham edən Əkrəm Əylislini belə bəraət verir:

"Vaxtilə Osmanlı Sultanı Əbdülhəmidə qarşı terroru təşkil edən erməninin qəhrəman adlandıran Tofiq Fikrəti dövlət və xalq sevmədi, ancaq ədəbiyyat böyük şair obrazına laf atmadı. Nazim Hikmət Türkiyə dövlətinin maraqlarına qarşı hər cür addımlar atdı, dövlət də, xalq da düşmən olaraq illər uzunu ona qarşı sərt mövqe göstərdi, ancaq ədəbiyyat üçün Nazim Hikmət öz dəyərini hər zaman qoruyub saxladı. Ən sonda isə dövlət də, xalq da onunla barışdı. Ən son nümunə Orxan Pamuk idi. Nobel mükafatı almaq naminə Türkiyənin dövlət siyasətinə qarşı ən bədnam hərəkəti etdi, qondarma soyqırımın gerçəkdə baş verdiyini bəyan etdi. Dövlət də, xalq da onun bu davranışına qarşı nifrətini gizlətmədi, ancaq ədəbiyyat onu yox saya bilməzdi. Nobel alandan sonra siyasi çıxışları səngidi və bu gün dünyada Türkiyənin ən çox kitabarı satılan yazarıdır. Başqa ölkələrin tarixindən də bu cür misalların silsiləsini saymaq mümkündür, ancaq düşünürəm ki, mesajımız oxucuya aydın oldu".Azadpress.az

https://azinforum.az/kos%C9%99-yazarlari/%C9%99kr%C9%99m-%C9%99ylislinin-s%C9%99ssiz-yubileyi-fazil-mustafa/

bottom of page