Bu sözləri Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Əflatun Amaşov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında deyib.
Plenar iclasda çıxış edən Gürcüstanla Rusiya arasında yeni nəqliyyat dəhlizinə aid məsələnin kökündən araşdırılmasını məqsədəuyğun hesab edib: “Hələ 2011-ci ildə Gürcüstanla Rusiya arasında gömrük məsələləri ilə bağlı müqavilə imzalanmışdı. Sənəddə Yuxarı Lars nəqliyyat dəhlizinə alternativ olan Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpası və istifadəsi nəzərdə tutulur. Yüklərin monitorinqi isə İsveçrə şirkətlərindən birinə tapşırılır. Artıq Gürcüstan tərəfi bu il dekabrın 19-da həmin şirkətlə nəzərdə tutulan müqaviləni bağlayıb. Rusiya da belə müqavilə bağlayacaq. Gürcüstanın baş naziri cənab Giorgi Kvirikaşvili həmin marşrutdan yalnız fors-major hallarda istifadə ediləcəyini bildirib,”- Ə. Amaşov qeyd edib.
Milli Məclis üzvü həmkarlarının narahatlığının bu məsələ ilə bağlı olduğunu qeyd edib və onların narahatçılığının başa düşülən olduğunu bildirib: “Ancaq mən inanmıram ki, Gürcüstan öz milli maraqlarına zidd olaraq belə bir addım atsın. Belə olarsa, Gürcüstan ondan zorla qopardılmış, işğal edilmiş Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımış olacaq,”-Ə. Amaşov vurğulayıb. Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri atılan belə bir addımın Gürcüstanın yaxşı strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına zidd olduğunu bildirib: “Alternativ dəhlizlərdən daha çox işğalçı Ermənistan faydalanacaq. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə əsasən Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin yoldan işğalçı Ermənistana, Dağlıq Qarabağın separatçı rejiminə silah-sursat daşınmayacaq”, işçi qrupunun rəhbəri deyib.Azadpress.az