Yaponiya Şimali Koreya ilə müharibəyə hazırlaşır


Yaponiya hökuməti Koreya yarımadasındakı hərbi konfliktə qarşı mümkün cavabların müzakirəsinə başlayıb.

Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Kyodo” agentliyi yayıb. Agentlik hökumətin 4 ssenarini nəzərdən keçirdiyini bildirib.

Bunlar sırasında Şimli Koreya və Cənubi Koreya orduları arasında toqquşma, ABŞ-ın Şimali Koreyaya zərbəsi, Cənubi Koreyanın Şimali Koreyaya müdaxiləsi və Pxenyanın Yaponiyaya raket zərbəsi yer alıb. Artıq məsələ ilə bağlı Yaponiya Baş naziri Sindzo Abe öz müşavirləri ilə iclas keçirib. İclasda Abe konflikt ssenarilərinin modelləşdirilməsinə başlanılması haqqında qərar qəbul edib.Azadpress.az

#yaponiya #şimalikoreya #müharibə #SindzoAbe