top of page

Yeni Toyota Camry Bakıda satışa çıxarıldı


Yeni, 2018-ci il model “Toyota Camry”Azərbaycanda satışa çıxarılıb.

Azadpress.az xəbər verir ki,Toyotanın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi yeni "Camry"ni satışa çıxarıb. Toyota Bakı Mərkəzindən verilən məlumata görə, modelin interyeri yenilənib.Avropa spesifikasiyalı yeni, səkkizinci nəsil “Camry” gözləntiləri doğruldub. İlk baxışda xarizmatik, aqressiv, dinamik və bir qədər də yarış üslubunu özündə cəmləşdirən xarici görünüş-eksteryer nəzərə çarpır. Maşının interyeri də tamamilə müasir və fərqlidir.Avtomobilin uzunluğu əvvəlki versiyadan nisbətən bir qədər artıb və arxada əyləşən sərnişinlər üçün daha komfortlu olub. İdarəetmənin ön paneli müasir texnoloji avadanlıqa zəngindir. Eyni zamanda sürücü və sərnişinlərin təhlükəsizliyinə görə, maksimum təhlükəsizlik yastığı ilə təhciz olunub.Azadpress.az

Toyota Camry 2018

bottom of page