top of page

Zineddin Zidan bu siyahıda birincidir


Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Azadpress.az Goal-a istinadən xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçi - Qurban Qurbanov (“Qarabağ”), Roman Qriqorçuk (“Qəbələ”) və Ayxan Abaasovun (“Zirə”) adı yer alıb.

Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 482-ci pillədə qərarlaşıb. R.Qriqorçuk 252 xalla 949-cu, A. Abbasov 217 xalla 999-cudur.

Qeyd edək ki, reytinq siyahısına “Real Madrid”in çalışdırıcısı Zinəddin Zidan (17 min 696 xal) başçılıq edir. Renato Qauşo (“Qremio”) 13 min 274 xalla 2-ci, Dieqo Simeone (“Atletiko Madrid”) isə 12 min 795 xalla 3-cü pillədə qərarlaşıb.Azadpress.az

bottom of page