top of page

Anna Netrebko və Yusif Eyvazov Moskvada çıxış edəcəklər


Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) fevralın 7-də Moskva Filarmoniyasının P.Çaykovski adına zalında konsert proqramı ilə çıxış edəcəklər.

Azadpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Moskva Filarmoniyasının saytına istinadla xəbər verir ki, ifaçıları Rusiya Milli Filarmonik Orkestri müşayiət edəcək. Dirijor SSRİ Xalq Artisti Vladimir Spivakovdur.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.Azadpress.az

bottom of page