
Milli Məclisin sədri Oqtay Əsədov İslam Parlamentlərarası İttifaqının Tehranda keçiriləcək növbədənkənar iclasında iştirak etmək üçün İrana dəvət olunub.
Azadpress.az bu barədə Trend-ə istinadən məlumat verir.
Qeyd olunur ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangir-zadə O.Əsədovla görüşü zamanı ona İran parlamentin spikeri Əli Laricaninin dəvətnaməsini təqdim edib.
İslam Parlamentlərarası İttifaqının iclası 2018-ci il yanvarın 15-də keçiriləcək. İclas zamanı Fələstinlə bağlı son hadisələrin müzakirəsi planlaşdırılır.Azadpress.az