top of page

"Barselona" tarixinin ən bahalı transferini edib


"Barselona” "Liverpul”un futbolçusu Filipo Koutinyonutransfer edib.

Azadpress.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Məlumata görə, "Barselona" "Liverpul"a 120 milyon avro ödəyəcək. Daha 40 milyon avro isə bonus şəkilində veriləcək. Transfer qısa müddətdə rəsmiləşəcək. Braziliyalı futbolçu 5,5 illik müqavilə imzalayacaq.

"Barselona" tarixinin ən bahalı futbolçusu olacaq Kountinyo Neymar və Kilian Mbappedən sonra dünyanın ən bahalı üçüncü transferi kimi tarixə düşəcək.2013-cü ildə 10 milyon avroya "Liverpul"a transfer olunan Kountinyo İngiltərə klubunda 201 rəsmi oyuna çıxaraq 54 qol vurub.Azadpress.az

bottom of page