top of page

Bin Ladenin oğlu 2009-cu ildə İranda olub


Səudiyyə Ərəbistanın "Əl-Arabiya" kanalı 2009-cu ildə çəkilmiş bir fotonu yayımlayıb.

Azadpress.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, fotoda "Əl Qaidə" terror təşkilatının öldürülmüş lideri Üsamə Bin Ladenin 3 oğlu - Həmzə, Laden və Məhəmməd yer alıb.

Kanal iddia edib ki, foto 2009-cu ildə İranda çəkilib. Bu şəkildən sonra Bin Ladenin oğulları İranı tərk edərək bir-birilərindən ayrılıblar.

Qeyd edək ki, 2011-ci ildə ABŞ tərəfindən öldürülən Bin Ladenin ölümündən öncə Həmzəni terror təşkilatının liderliyinə hazırlayırmış.

ABŞ Həmzə Bin Ladeni atasının ölümündən sonra ən təhlükəli terrorçular siyahısına salıb.Azadpress.az

bottom of page