“Brend- Rent a car” şirkəti külli miqdarda borcunu ödəməkdən imtina edir-ŞİKAYƏT


Avtomobil kirayəsi şirkəti başqa bir şirkətin xidmətlərinə görə ödəməli olduğu pulu vermir.

Bu haqda redaksiyamıza müraciət edən Məhərrəm Vəliyev bildirib.

Azadpress.az saytına daxil olan müraciətdə bildirilir ki, 2017-ci ildən “Brend- Rent a car” şirkəti kirayəyə verdiyi maşınların təmiri üçün “Toyota Eurostyle” şirkətinə müraciət edib. Servis xidməti göstərən şirkət 6 ay ərzində "Brend" avtomobillərinə texniki qulluq və təmir işlərini görüb və öhdəliyini yerinə yetirib.Lakin qarşı tərəf bunun müqabilində ödəməli olduğu məbləği ödəməyib.Toyota Eurostyle şirkətinin nümayəndəsi bildirib ki, avtomobil kirayəsi ilə məşğul olan bu şirkət 3480 AZN borcludur.

“Brend- Rent a car” şirkətinin rəhbəri Rəhman adlı şəxs şirkətin borclu olduğu pulu müxtəlif bəhanələrlə ödəməkdən imtina edir.Şirkətin bu hərəkətləri barədə artıq aidiyyatı orqanlara da şikayət ərizəsi verilib.Şikayətçi bildirib ki, faktiki olaraq “Brend –Rent a car”tərəfindən düşünülmüş fırıldağın qurbanı olub.Azadpress.az saytı məsələni araşdırır.Bu məsələ ilə bağlı "Brand-Rent a car" şirkətinin də mövqeyini dərc etməyə hazırıq.Azadpress.az

#şikayət #brendrentacar

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.