top of page

Alatoran Şəkidən foto-reportaj


Yeni il tətilindən istifadə edib Şəkiyə getmişdim.Şəki mənim doğulduğum,böyüdüyüm, məkandır.Kimliyimizdən asılı olmayaraq uşaqlığımızın keçdiyi rayon,kənd,şəhər,qəsəbə fərq etməz bizim üçün ən müqəddəs yer sayılır.Yaşa dolduqca da bunu fərqinə daha dərindən varırıq.Bu dəfəki səyahətim bir az fərqli oldu.Əvvəllər oraya getməyim sadəcə sıradan bir “getmək” olurdu.Bu dəfə isə özümlə fotoaparat da götürmüşdüm.Bilirdim ki Yanvar ayında Şəki bir başqa cür olur.Düzdür qar yox idi,amma duman və narın yağışı məni “qarşıla”dı.Fürsətdən istifadə edib dumanlı təbiətin çılpaq ağaclarının , gecələrini, işıqlarını, şəkil halına sala bildim.Azadpress.az

bottom of page