Kriptovalyutanın sahibi haqqında məlumat əldə etmək mümkün deyil-UNEC Ekspert


Azadpress.az xəbər verir ki,bu fikirlər "UNEC Ekspert" jurnalının növbəti sayında yazılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı qlobal iqtisadiyyatın önəmli hissəsinə çevrilən, dünya ictimaiyyətində, eləcə də ölkəmizdə ən çox maraq doğuran kriptovalyutaya həsr olunub.

Buraxılışda kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektləri haqqında geniş məqlələr yer alıb. Jurnalda 27 UNEC eksperti ilə yanaşı, ilk dəfə olaraq xarici ekspert araşdırmasına da yer ayrılıb. Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti Ruslan Makarov rəqəmsal iqtisadiyyatın hüquqi tənzimlənməsi, e-pul anlayışı, onun funksiyası barədə geniş məlumat verib.Azadpress.az

#unec #unecekspert #iqtisaduniversiteti #kriptovalyuta