Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Komitənin Vergilər Nazirliyi ilə birləşdirilməsi məsələsinə rəsmi münasibət bildirib.
Azadpress.az Fins.az-a istinadən xəbər verir ki, A.Əliyev jurnalistlərə açıqlamasında ekspertlərin bu birləşmə ilə bağlı fikirlərinin subyektiv olduğunu deyib. O bildirib ki, müxtəlif ölkələrdə gömrük orqanları digər dövlət orqanlarının tərkibində fəaliyyət göstərir. Azərbaycanda isə bu elə prosesdir ki, hökümət bunu təhlil etməlidir: “Hansı formada deyiləcəksə, o formada fəaliyyətimizi davam etdirəcəyik”.Azadpress.az