İsrail aviasiayası Suriyadakı İran hədəflərini yenidən bombaladı


Ötən gün Suriyaya endirdirilən zərbələr 1982-ci ildə baş verən Birinci Livan müharibəsindən ("Qaliley dünyası" əməliyyatı) sonra İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) endirdiyi ən ağr zərbə oldu.

Azadpress.az telegraf-a istinadən xəbər verir ki, bunu İsrail HHQ-nin komandanı, briqada generalı Tomer Bar deyib.

"Bu, tam əməliyyat uğurudur və 1982-ci ilin "Qaliley dünyası" əməliyyatından sonra Suriyanın havadan müdafiə sistemlərinə endirilən ən böyük zərəbdir", - israilli general deyib.

Xatırladaq ki, fevralın 9-u İsrail vertolyotu Suriyadakı Qolan təpələrindən İsrail ərazisinə daxil olan İranın pilotsuz uçan aparatını vurub. Bundan sonra İsrail qırıcıları İranın Suriyadakı hədəflərinə zərbə endirib. Həmçinin İranın Suriyada yerləşəm pilotsuz təyyarələrə nəzarət məntəqəsi məhv edilib. Daha sonra Suriya HHQ İsrailin F-16 təyyarəsini raket atəşinə tutub. İsrail qırıcılarından birinin pilotları təyyarəni tərk ediblər, onlardan biri ağır yaralanıb, digəri isə yüngül xəsarət alıb.

Bunun ardınca,bir gün sonra İsrail qırıcıları Suriyada 12 hədəfə zərbə endirib. Hədəflərdən 4-ü İrana məxsusdur. Aviazərbələr zamanı Suriyanın 3 HHQ batareyası məhv edilib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.