top of page

Azərbaycanda krossoverlər bu il populyar olacaq


Bu haqda avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov Fins.az saytına müsahibəsində deyib.

Ekspert ötən ilin yekunlarını şərh edərkən qeyd edib ki,yolsuzluq avtomobili seqmenti SUV-la yanaşı artıq CUV seqmenti də dünya avtomobil istehsalı sahəsində böyük paya malikdir.

"Azərbaycan istehlakçıları CUV(Crossover Utility Vehicle)krossoverlərə daha çox üstünlük verməyə başlayıblar. Krossoverlər yanacaq sərfiyyatında yolsuzluq maşınlarından daha qənaətcil,az yolsuzluqda isə sedandan daha əlverişlidir. 2017-ci ildə keçirilən beynəlxalq avtomobil sərgilərində təqdim olunan yeni konsept modelləri də əsasən krossoverlər təşkil edirdi. Deyə bilərik ki,bu il ölkəmizdə krossoverlər populyar maşınlar olacaq"-deyə,Eldəniz Cəfərov bilidirib.

Xatırladaq ki,2017-ci ilin dünya üzrə ən populyar avtomobili "Toyota RAV4", İkinci yerdə "Honda CR-V" markalı avtomobildir.Siyahıda üçüncü pilləni "Volkswagen Tiguan" tutub.İlk onluğa həmçinin “Hyundai Tucson”, “Haval H6”, “Nissan Qashqai”, “Nissan Rogue”, “Nissan X-Trail”, “KIA Sportage” və “Mazda CX-5”olub.Azadpress.az

bottom of page