top of page

Keçmiş deputat vəzifə səlahiyyətindən sui istifadədə ittiham olunur


Beyləqan rayonundan millət vəkili olmuş Ayaz Orucov vətəndaşların torpaqlarını zəbt etməkdə ittiham olunur.

Azadpress.az xəbər verir ki,bu haqda redaksiyaya müraciət edən Beyləqan rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu iddia edir.

"Sizə yazaraq bildirirəm ki,Beyləqan rayonundan keçmiş millət vəkili olan Ayaz Orucov vəzifə səlahiyyətindən sui istifadə edərək bizim ailəyə məxsus Beyləqan rayonunun mərkəzində qanuni sənədləri olan 20 sot torpaqımızı qanunsuz olaraq zəbt edərək məcbur əlimizdən almışdır.Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını,mülkünü qanunsuz zəbt edib özününkiləşdirən (...) Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməmişdir"-deyə,Ruhid Əliyev bildirib.

Ruhid Əliyevin yazılı müraciətində deyilr:"Bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət etsəkdə Ayaz Orucovun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb. Məlumatınız üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ, qanunla qorunur.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Buna baxmayaraq hələdə Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmamış və cinayət məsuliyyətinə cəlb olunmamışlar.Beyləqan rayonunda bizim ailəyə məxsus əmlakı (...) zəbt edən düşmənimiz olan mənfur erməni qəsbkarlarından fərqi olmayan Ayaz Orucova qarşı olan şikayətimizi öz nəzarətinizə götürməyinizi sizdən artıq dərəcədə xahiş edirəm.Ümid edirik Ayaz Orucov və onun tərəfdarları törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar"

Göründüyü kimi vətəndaş keçmiş deputata qarşı ağır ittihamlar irəli sürüb.Eyni zamanda aidiyyatı olan orqanların fəaliyyətsizliyindən şikayət edir. İddiaya görə,şikayətçinin torpağı 2014-cü ildə qanunsuz olaraq ələ keçirilib. O vaxdan hansı yerli və mərkəzi orqanlara, icra aparatlarına şikayətlə müraciət edilsə də, hələ də məsələnin həlli nəticəsiz qalıb.Məsələnin obyektiv həll olunması üçün Azadpress.az olaraq tərəflərin digər fikirlərini də dərc etməyə hazırıq.


bottom of page