"Vergi ödəyicilərini tərbiyə edəcəyik"-Mikayıl Cabbarov


Vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" konfransında çıxış edərək vergi işçilərinin peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib.

Azadpress.az xəbər verir ki, nazir vergidən yayınan şirkətlərə ciddi xəbərdarlıq edib.

"Vergilər Nazirliyi öz inkişafında böyük bir yol keçib. Bunun müsbət və mənfi tərəfləri olub. Vicdanlı vergi ödəyicisinə fərq qoyulacaq, onun səhv etmək haqqı olacaq. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi ödəyicilərini tərbiyə edəcəyik. Bir çox dünya ölkələrində olduğu kimi qanunvericilikdə olan boşluqdan istifadə edərək vergidən yayınırlar. Bəzi şirkətlər vergidən yayınmanı yaxşı bilən mütəxəssisləri işə götürürlər. Biz bunlardan məlumatlıyıq. Bir gün vergi mütəxəssisi qapınızı döyəcək. Nə qədər şirkət tanıyırıq ki, əmək haqqısı düzgün göstərilməyib"Azadpress.az