Səməd Səmədov Cenefer və Rihanna ilə duet oxumaq istəyir


Xalq artisti Səməd Səmədov həmkarı Tacir Şahmalıoğlunun “5/5” verilişində dediyi sözlərə münasibət bildirib.

Azadpress.az Oxu.Az-a istinadən xəbər verir ki, indiki zamanda özündən yaxşı ifaçı tanımayan T.Şahmalıoğluna Xalq artisti “Xəzər” TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişində bunları deyib:

“Hər müğənninin öz publikası var. Tacirin dinləyicilərini mən arxamca apara bilmərəm. O, gözünü açandan toylardadır. Amma mən olan yerdə onların heç birinə ehtiyac yoxdur. Məni daha çox elit təbəqə və şəhər camaatı tələb edir. Oxumaq və toyda çıxış etmək tamam başqa şeylərdir”. O, bundan sonra duet oxumayacağını da bildirib:

“Duetlərdə padşaham. Amma söz vermişəm ki, daha heç kimlə oxumayacağam. Ancaq Rihanna və Cennifer Lopez milyon avro versə duet ifa edərəm”.

S.Səmədovun açıqlamasından sonra Tarix Əliyev onun dediklərinə münasibət bildirib. O, ifaçını qeyri səmimilikdə günahlandıraraq, adını çəkdiyi dünya ulduzlarının onu heç tanımadığını söyləyib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.