top of page

Türkiyə Afrini tam nəzarətə götürür-Yardıma gələn konvoy məhv edildi


“PKK və YPG-ni qorumaq üçün Afrinə gələnlərə imkan verməyəcəyik. Bizim üçün hansı ölkənin olması fərq etməz”.

Azadpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib:

“YPG/PKK Suriya torpaqlarını parçalamaq üçün mövcuddu. Onıar özündən olmayan hər kəsi sürgünə göndəriblər. Bizim mövqeyimiz qətidir. Bəşər Əsəd rejiminə yaxın güclərin Afrinə daxil olacaqlarına dair xəbərlər də gəlir. PKK-ya qarşı mübarizə aparan heç kimə qarşı deyilik, lakin onlara yardım etmək üçün buraya gəlmək istəyənlərə izn verməyəcəyik”.

Mövlud Çavuşoğlunun bu çıxışından sonra həmin gecə Afrinə Əsəd qoşunlarının nəzarəti istiqamətdən gələn 40 maşından ibarət hərbi konvoy Türkiyə SQ tərəfindən məhv edilib.Silah və sürsatla dolu kortejin məhv edilməsi ilə bağlı görüntüləri Baş Qərargahın rəsmi saytında paylaşıb.Azadpress.az


bottom of page