Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, özünün “AppLab” inkişaf və inkubasiya proqramının məzunlarını və yeni iştirakçılarını bir araya gətirib. Azadpress.az xəbər verir ki,ötən mövsümdə “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək və proqrama yeni seçilmiş komandaları salamlamaq üçün təşkil olunan tədbirdə “Blutu”, “ARzoom”, “Buket.al”, “Garden”, “Mango”, “CineManiac” və “MoodMusic” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar.
Cinemania.az layihəsinin müəllifi Cavid Axundov Azadpress.az-a deyib ki,Bakcell şirkətinin "AppLab" Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
"Azərbaycan filmləri dünyanın bir çox ölkəsində kinoteatrlarda və televiziyalarda nümayiş etdirilib. Kino incilərimiz tamaşaçılar tərəfindən maraqla izlənilib. Milli kinomuz dünya kino tarixinə öz tohvəsini verib.Cinemania.az olaraq əsas məqsədimiz mili kino ənənələrimizi dirçəltmək,Azərbaycan və dünya kinosevərlərinə milli şedevrlərimizi göstərməkdir"-deyə,Cavid Axundov bildirib.Azadpress.az