top of page

Krımda müsəlman məscidləri dağıdılır


Krimin Simferopol şəhərində tatarlar aclıq aksiyasina başlayib.

Azadpress.az "Novaya qazeta"ya istinadən xəbər verir ki, buna səbəb şəhərin Srelnikov küçəsindəki məscidin sökülməsi qərarıdır. İcmanın yaydığı məlumatda deyilir ki, söküləcək məscidin yerində "Krimskaya roza" yaşyiş kompleksi tikilir. Kompleksin rəhbəri sahibkar Valeriy Semenenko Krim rəhbərliyinin dəstəyi ilə müsəlmanların ibadət evini sokməyə başlayıb.

Krım tatarları Simferepol icmasının rəhbəri Fazil İbrahimov Vladimir Putinə muraciet etsə də, bir faydasi olmayib.Əksinə,Krim polisi onu həbs edib.İcma aclıq aksiyasını məsələ həll olunana qədər davam edəcəyini bəyan edib.

Qeyd edək ki, Krımın işğalından sonra Krim tatarlarinin sərbəst yaşamaq hüquqları məhdudlaşdırılıb.Azadpress.az


bottom of page