Qusar sakinləri Şair Alxasovdan razıdırlar


Yeni il tətilində Azərbaycanımızın dilbər guşəsi Qusara istirahətə getdim.Açığı deyim ki, Qusarda vəziyyətin o qədər də yaxşı olmayacağını düşünürdüm. Çünki ənənəvi dağ zonasının bu qısa vaxt ərzində inkişaf edəcəyinə ümid etmirdim.Buna baxmayaraq Bakıdan doğma Qusara yola düşdük.Tətilimizin ilk gününü ailəmlə Qusardakı qohum evində keçirdik.Gözləntimin tam əksi olaraq, daimi su,qaz,işığın olması məndə xoş təəssürat yaratdı.Qusarı gəzməyə çıxıdq.Yenə də qəlbimdə bir fərəh hissi keçirdim.Abadlıq,səliqə-səhman və zəhmətkeş qusarlılar…

Onu da deyim ki,Qusar sakinləri prezident İlham Əliyevin Qusara göstərdiyi xüsusi diqqət və qayğısını hiss etməkdədirlər.Son illər ərzində Qusarda həyata keçirilən quruculuq işləri sakinləri sevindirir.Kənd yollarının əsaslı təmiri,kəndlərin məişət qazı ilə təmin edilməsi,məktəblərin təmiri,sahibkarlığa dəstək layihələri əhalinin sosial rifahının yüksəlməsinə təkan verib.

Qusarın yol-nəqliyyat sektorunda bir çox işlər görülüb. Son illər ərzində rayon ərazisində Həzrə-Samur, Həzrə-Zuxul, Qusar-İmamqulukənd, Qusar-Ləzə, Qusar-Xudat istiqamətlərində əsas avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Qusarı əhatə eədən qlobal layihə kimi Bakı-Rusiya Federasiyası Dövlət sərhəddi avtomobil yolunda isə əsaslı tikinti işlərini misal çəkmək olar.

Qusar icra başçısı Şair Alxasov ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirdiyi yeniliklər rayon əhalisi tərəfindən rəğbətlə qarşılanır.O, Qusara təyin edildiyi ilk günlərdən Qusar camaatının problemlərinın həllini əsas məqsəd kimi qarşıya qoymuşdur.İcra başçısı düzgün planlama və idaretmə nəticəsində Rayonda olan çatışmazlıqları mərhələ ilə aradan qaldırılmaısna nail olub.

Rayon əhalisinin içməli su, kanalizasiya, elektrik enerjisi, təbii qaz və digər təlabatlarının ödənilməsi üçün sistemli şəkildə tədbirlər həyata keçirilir. Təkcə son zaman kəsiyində Qusar şəhərində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, Hil kəndində yeni içməli su xətlərinin istifadəyə verilməsi və prezident İlham Əliyevin iştirakı ilə Hildə yeni müasir orta məktəbin açılışı,Suvacal kəndinə təbii qazın verilməsi, Qusar-Xudat avtomobil yolunun əsaslı təmiri, Qusar şəhər 2 saylı uşaq bağçasının ikinci korpusunun əsaslı təmiri və digər tədbirlər həyata keçirilib.

Əhali ilə mütamadi görüşlərin keçirilməsi Şair Alxasovun idarəçiliyində əsas istiqaməti təşkil edir. Elə bu səbəbdən də icra başçısının zəhmətkeş qusarlılarla birgə dövlətimizin tərəqqisi,xalqmızın rifahi naminə son illər gördüyü işlər öz bəhrəsini verir.Qusar Azərbaycanın inkişaf edən bir rayonuna çevrilib.İl boyu qonaqpərvər Qusara onminlərlə yerli və xarici turistlər gəlir. Qusara gələn turistlərin razılığı yerli sakinlərin mehriban münsaibətinin nəticəsidir.Bu da icra hakimiyyətinin əhali arsında apardığı maarifləndirmənin,doğru təbliğatın bəhrəsidir.Sakinlər deyir ki, Şair Alxasov qəbula gələn vətəndaşları səmimiyyətlə qarşılayıb,onların qayğıları ilə yaxından maraqlanır.

Doğma Qusarımızın inkişafı bütün Şimal bölgəsinin inkişafı deməkdir. Bu yolda cənab prezidentin göstəriş və tapşırıqlarını bacarıq və səriştəsi ilə həyata keçirən Şair Alxasova təşəkkür edirəm.

Eltun Xəlilov

Azadpress.az

Bakı şəhəri


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.