top of page

Azərbaycandan Gürcüstana gedən maşınlar məcburi sığorta olunur


Martın 1-dən Gürcüstana daxil olan əcnəbi sürücülərin idarə etdiyi avtomobillərin məcburu sığortası qüvvəyə minib.

Azadpress.az xəbər verir ki, artıq dünəndən Gürcüstana daxil olan avtomobil sahiblərinə nəzarət-keçid məntəqəsində sığorta üçün sənəd verilir.

Martın 1-dən başlayaraq, nəqliyyat vasitəsi ilə Gürcüstan ərazisinə daxil olan xarici vətəndaşlardan 15 gündən çox olmayan müddətə məcburi avtomobil sığortası tələb olunacaq.

Avtomobillər 15, 30, 90 gün və həmçinin, 1 il müddətinə ölkəyə daxil olarsa, məcburi sığortalanacaq.

3,5 ton çəkidə olan nəqliyyat vasitəsinin 15 günlük sığorta qiyməti 30 lari (12 ABŞ dolları), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir.

Gürcüstan ərazisinə nəqliyyat vasitəsilə ölkəyə daxil olan əcnəbilər yüngül avtomobili, motosikli və kənd təsərrüfatı texnikasını sığortasız idarə edərlərsə, 100 lari və avtobus və yük maşınlarını sığortasız idarə edərlərsə, 200 lari cərimə olunacaqlar.Azadpress.az


bottom of page