ABŞ Dövlət Departamentinin sözçüsü Nouert Hizer Rusiyanın RT telekanalının baş redkatoru Marqarita Simonyanı ələ salaraq susdurub.
Azadpress.az xəbər verir ki, Ağ evdəki brifinq zamanı Nouel Hizer rusiyalı jurnalistlərlə söz davasına çıxıb."Vesti" kanalının müxbiri Aleksandr Xristenenko Vladimir Putinin yeni raket kompleksləri ilə bağlı təqdimatından sonra ABŞ-Rusiya əməkdaşlığının hansı istiqamətdə inkişaf edəcəyini soruşub.Cavabında Dövlət Departamentinin sözçüsü deyib ki,Rusiya hökumətinin ABŞ-a nüvə silahı ilə hücumlarını animasiya şəklində göstərməsi qeyri-konstruktiv hərəkətdir və cavabdehlik tələb edir.Bu zaman brifinqdə əyləşən RT telekanalının baş redaktoru Marqarita Simonyan hücumun ABŞ-a olmadığını deyib.Bundan sonra Hizer sarkazmla onun Rusiya hökumətinin televiziyasını təmsil etdiyini vurğulayıb və RT telekanalını dəfələrlə yalan məlumat yaymaqda ittiham edib. Bu dəfə də yalan demədiklərinə inanmağa çətinlik çəkdiyini deyib.Cavab arqumenti tapmayan Simonyan sadəcə susmağa məcbur olub.Azadpress.az