top of page

Azərbaycanlı şagirdlər Gürcüstanda etiraz aksiyasına çıxıblar


Azərbaycanlıların kompakt yaşadığı Saqareconun Yor-Muğanlı kəndindəki ictimai məktəbin şagirdləri etiraz aksiyası keçiriblər.

Azadpress.az GAXA-ya istinadən xəbər verir ki, aksiyaya səbəb məktəbin gürcü sektorunun müəlliminin işdən azad edilməsidir. Aksiyada iştirak edən IV və XII sinif şagirdləri olan 21 məktəbli bu gün dərsdə iştirak etməyiblər. Məlumata görə, aksiyaya valideynlər də qatılıb.

Aksiya iştirakçıları bildiriblər ki, məktəbin müəllimi Tea Qurgenidze ilə rayon təhsil resursları mərkəzinin rəhbəri arasında narazılıq var və bu səbəbdən Tea Qurgenidze məktəbdən uzaqlaşdırılıb. Səbəb isə T. Qurgenidzenin şagirdə işgəncə verməsi və təhqir etməsi olub.

Mitinq iştirakçıları ittihamları əsassız hesab ediblər və Qurgenidzenin işinə bərpa olunmasını tələb edirlər. Əks təqdirdə, etiraz aksiyasının iştirakçıları Tea Qurgenidze ilə birlikdə çadırda aksiyalarını davam etdirəcəklərini bildiriblər.Azadpress.az


bottom of page