top of page

Dəm qazından boğulmalara görə kimlər cavabdehdir?


Qış aylarında dəm qazından zəhərlənmələrin artması vətəndaşlar arasında ciddi narahatlıq yaradır. Sosial şəbəkələrdə gedən müzakirələrdə əksəriyyət “Azəriqaz” İstehsalat Birliyini günahkar görür. Onlar əhaliyə satılan qazın tərkibinin standartlara cavab vermədiyini idda edirlər. “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevə müraciət edib.Ruslan Əliyev açıqlamasında iddiaları belə cavablandırıb: “Mənzil daxilində qaz cihazlarına texniki baxışı “Azəriqaz” deyil, başqa qurumlar həyata keçirir. Cənab prezidentin 2016-cı ilin mayında imzaladığı sərəncama əsasən, mənzillərə texniki baxışı “Azəriqaz” İstehsalat Birliyi həyata keçirmir. Mənzil daxilində texniki baxışı Enegetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı xidmətləri icra edir”.
Emal prosesindən keçməyən səmt qazı və səriştəsiz kadrlar Dəm qazı əsasən aşağı yanıcılıq qabiliyyətinə malik olan səmt qazı (neftlə birgə çıxan qaz) yanarkən alınır. Bütün dünyada belə qazların məişət üçün emal edilmədən istifadəsi qadağan edilib. Belə qazlar, tərkibi 60-70 faizə qədər propan qazı ilə zənginləşdirildikdən sonra məişət istifadəsinə verilir ki, həmin qaz yananda qaz oksidindən başqa aralıq maddələr alınmasın. Qazın məişətdə istifadə edildiyi bütün ölkələrdə bu normalara əməl edilir. Səmt qazından isə dünyada yalnız sənayedə, məcburi yanma sobalarında istifadə olunur. Bu səbəbdən də həmin ölkələrdə əhali arasında dəm qazından boğulma, zəhərlənmə hadisəsi qeydə alınmır. Belə hadisə həmin ölkələrdə yalnız təsadüfən qazanxana işçilərinin başına gələ bilər.
Azərbaycanda isə belə hadisələr, əvvəldə də qeyd etdiyimiz kimi, qonaq otağında, mətbəxdə və hamamda baş verir. Mütəxəssislərin sözlərinə görə, bunun yeganə səbəbi Azərbaycanda səmt qazının heç bir emal prosesinə uğradılmadan, zənginləşdirilmədən məişətdə istifadəyə verilməsidir.Ekspertlər bildirirlər ki, bu gün fəaliyyət göstərən Qaz Emalı Zavodu (QEZ) texniki baxımdan pis vəziyyətdədir. Onun lazımi miqdarda qazı təmizləməyə gücü çatmır. Mütəxəssislərin fikrincə, vəziyyətdən çıxmaq üçün qazın tərkibini təmizləyən yeni müəssisələr tikilməlidir. Hələlik bu olmadığı üçün qaz əksər hallarda mənzillərə normativlərə uyğun təzyiqlə verilmir.Qazın emalı zamanı tərkibinə xüsusi maye - odarant qatmaqla onu dəm qazından təmizləmək imkanı yaranır. Həm də qazın tərkibinə xüsusi iyli maddə qatılmalıdır - bu, qazsızmadan əhalinin vaxtında xəbərdar olması üçün ən etibarlı vasitə hesab olunur. Ekspertlər deyirlər ki, çox vaxt bu da edilmir. Əsas kimi də onun baha olması göstərilir. Əslində isə Azərbaycanda qazdan qazananlar bu pulun sadəcə olaraq arxasına keçirlər.Bu sahədə işləyən kadrların hazırlıq səviyyəsinə gəlincə, ekspertlər deyirlər ki, "Azəriqaz" ləğv olunub Neft Şirkətinə veriləndə onların qaşısında daha ciddi tələblər qoyulacağını düşünürlərmiş. Amma əksinə olub.
“Dəm qazı terroru”nun qurbanı olmaq istəmirsinizsə...
Dəm qazı hava ilə ağ ciyərə daxil olur və qanın tərkibini dəyişdirir. Zəhərlənmə zamanı qanda olan oksigenlə dəm qazı birləşir və zəhərli olan CO qazı yaranır. Qan dövranında dəyişiklik yarandığına görə, beyində tənəffüs dayanır. Bu, çox tez bir zamanda baş verir. Dəm qazından zəhərlənmənin qarşısını almaq mümkün deyil.Qanda dəyişikliyin baş vermə prosesi tam olaraq həyata keçməyibsə, bu insana kömək etmək mümkündür. Dəm qazının insan orqanizminə təsiri müxtəlif, tibbi dildə desək, individualdır. Yəni burada dəm qazının miqdarı və insan orqanizminin gücü böyük rol oynayır.Həkimlər deyirlər ki, dəm qazından zəhərlənmənin ilkin əlamətləri baş ağrısı, ürək bulanma, qarın ağrısı, baş gicəllənməsi, boğaz ağrısı və quru öskürəklə müşahidə olunur. Dəm qazından zəhərlənmə zamanı boğulan insanı ilk olaraq, açıq havaya çıxarmaq lazımdır. Təcili yardım gələnə qədər xəstənin ürəyi masaj edilir və ona ağızla süni nəfəs verilir. Xəstənin dili qatlanıbsa, onu açmaq lazımdır. Dəm qazı təkcə tənəffüs sistemini deyil, bütün orqanizmi məhv etmək gücünə malikdir. Çox zaman zəhərlənən insanlar yaddaşlarını da itirirlər.İnsan yatdığı zaman zəhərlənirsə, bunu hiss edə bilmir. Bu qoxunu hiss edib ayılan insanların həyatını qurtarmaq mümkün olur. Amma hissiyyatı zəif olanlar, təəssüflər olsun ki, dəm qazının qurbanına çevrilirlər.Azadpress.az

bottom of page