top of page

Putin Azərbaycana satılan silah haqqında danışdı


Rusiya prezidenti Valdimir Putin Federal Məclisdə çıxış edərkən deyib ki,Rusiya silah satışı ölkələri sırasında aparıcı yerini qoruyub saxlayır. Və bu prioritet məsələdir.

Azadpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Putin son üç il ərzində hərbi sənayenin inkişafı nəticəsində bu sahədə gəlirlərin 15 milyard dollar artdığını qeyd edib.

Azərbaycan da Rusiyadan silah alan ölkələr sırasında ilk onluqdadır.BMT-nin adi silahlar reyestrinin veb-saytında (Un-Register) Rusiyanın 2014-cü il üçün registr haqda hesabatından məlumatlarına görə Rusiya həmin il ərzində Azərbaycana rəsmi bəyan edilmiş şəkildə, BMT registrinin uçotuna düşən aşağıdakı silahları satıb:

65 ədəd tank (yəqin ki, T-90 nəzərdə tutulur),78 ədəd zirehli döyüş maşını (yəqin ki, BMP-3-lər nəzərdə tutulur)118 ədəd iri çaplı artilleriya sistemi (yəqin ki, 2C19M, 2C31, PSZO "Smerç", TOS - 1A nəzərdə tutulur).Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page