top of page

Türkiyə müharibədə yeni üsuldan istifadə edəcək


Türkiyə dünya müharibə tarixində ilk dəfə istifadə olunacaq sistemi sınaqdan keçirib.

Azadpress.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəsmisi İsmayıl Dəmir məlumat verib. O, maraqla gözlənilən Akkor Pulat aktiv müdafiə sisteminin atəş testinin müvəffəqiyyətlə həyata keçdiyini və tezliklə Afrindəki tanklara inteqrasiya ediləcəyini bildirib.

"Tərəfimizdən hazırlanan Akkor Pulat aktiv qoruma sisteminin atəş açma testi müvəffəqiyyətlə həyata keçirildi. Zeytun budağı hərəkatında xidmət edən tanklarımıza qısa müddətdə inteqrasiya ediləcək sistem, bu mənada dünyada ilk dəfə müharibə meydanında istifadə olunan aktiv qoruma sistemi olacaq”, - deyə Dəmir vurğulayıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page