
Azərbaycanın “Gəncə Şərab-2” müəssisəsində istehsal olunan şərablar Moldovada “BlackSeaRegionWine&SpirtsContest`2018” Beynəlxalq dequstasiya müsabiqəsində ən yaxşı məhsul seçilib.
Bu il Kişinyovda rekord sayda şərab nümunələri- 12 ölkədən 92 istehsalçı tərəfindən təqdim edilib - Rumıniya, Ukrayna, Gürcüstan, Çexiya, Slovakiya, Macarıstan, İtaliya, İspaniya, Belarus, Azərbaycan, Kanadadan. Nümunələrin ümumi sayından 133-ü xarici məhsul idi.
Ən yüksək Qran-Pri (Böyük qızıl medal) mükafatını “Gəncə Şərab-2” şirkətində “Rkasiteli” və “Bayan şirə” üzüm sortlarından hazırlanmış “Hillside Classico 1990” ağ desert şərabı qazanıb.
“Gəncə Şərab-2” şirkətinin məhsulu olan digər şərab növləri də müsabiqənin qızıl medallarına layiq görülüb: “Hillside Reserve 2014” (üzüm sortu - Kaberne Sovinyon), “Hillside Saperavi 2015” (üzüm sortu – Saperavi) və “Hillside Cuvee 2016” (müxtəlif şərab materiallarının qarışdırılması ilə hazırlanmış qırmızı şərab).
Moldova prezidenti İqor Dodonun rəsmi açılış mərasimində iştirak etməsi bu iki tədbirin nüfuzunu daha da artırıb.
“BlackSeaRegionWine&SpirtsContest`2018” dequstasiya müsabiqəsinin ciddi qaydaları var. Bütün şərab nümunələri örtüyə bükülür və bu örtüklər komissiya dequstasiyanı bitirdikdən sonra çıxarılır.
Müsabiqənin münsiflər kollegiyası hər biri yeddi ekspertdən ibarət olmaqla, beş komissiyadan ibarətdir. Şərab və spirtli içki nümunələri 17 ölkəni təmsil edən 22 dequstator tərəfindən, habelə, Moldova mütəxəssisləri tərəfindən qiymətləndirilib (Fransa, Böyük Britaniya, Koreya, Kanada, Sloveniya, Slovakiya, Ukrayna, Polşa, Belarusiya, Rusiya, Macarıstan, İtaliya, Almaniya, Azərbaycan, Gürcüstan, Çexiya və Rumıniya).
Nüfuzlu ekspertlər arasında Böyük Britaniya təmsilçiləri Masterof Wine Кerolayn Gilbi, elmlər doktoru Stefano Battistella (İtaliya), şərab tənqidçisi Кetelin Peduraru (Rumıniya), yazıçı, elmlər doktoru Yuzef Kosarka (Macarıstan), şərab bayeri Vladimir Dmitriyev (Belarusiya), şərab eksperti, somelye Denis Rudenko (Rusiya), Gürcüstan texniki universitetinin professor-enoloqu Mariam Xomasuridze və b. şəxslər olub.Azadpress.az