Zaur Seyidzadə etiraz edərək"Əlillər İttifaqını"tərk etdi


Azadpress.az xəbər verir ki, Əlillərin “Zaur” Xeyriyyə İctimai Birliyi və Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım İctimai Birliyi Əlil Təşkilatları İttifaqından çıxmaq haqqında qərar qəbul ediblər. İctimai Birliyin sədri Zaur Seyidzadə Əlil Təşkilatları İttifaqında kəskin fikir ayrılığı və qeyri-səmimi münasibət olduğunu deyib.

Qeyd edək ki,ötən həftə Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqların Müdafiəsi İctimai Birliyinin birliyi Əlil Təşkilatlar İttifaqındakı fəaliyyətinə xitam verib və təşkilatın üzvlükdən çıxması ilə bağlı müvafiq qərar qəbul etmişdir.

Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqı 47 QHT-nin birləşdiyi ən böyük koalisiyalardan biridir. Koalisiya rəsmi hüquqi statusa malikdir və ictimai birlik sayılır. Təşkilatın sədri Davud Rəhimlidir.Bu koalisiya ilə bağlı narazılıqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya keçirilən son seçkilərdə meydana gəlib. Seçkidən sonra QHT rəhbərləri bir-birlərini qeyri səmimi olmaqda ittiham ediblər.

Əlil Təşkilatlar İttifaqından daha bir neçə İctimai birliyin ayrılması gözlənilir.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.