top of page

Azərbaycanda biabırçı olay-FHN yanğın yerinə susuz gəldi


Qəbələ rayonu Laza kənd məktəbində baş vermiş yanğın zamanı FHN işçilərinin yanğına sadəcə seyr etməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Azadpress.az oxu.az-a istinadən xəbər verir hadisənin videosunu Royad Farmanov adlı istifadəçi öz Facebook səhifəsində paylaşıb.

Görüntüləri lentə alan şəxs iddia edir ki, yanğınsöndürənlər hadisə yerinə susuz gəliblər.

Öz növbəsində şərhlərdə bəzi istifadəçilər hadisəni yanğınsöndürən maşınlarının suyunun qurtarması, digərləri texniki nasazlıqla əlaqələndiriblər.Azadpress.az


bottom of page