Millət vəkili Mədəniyyət və Turizm Nazirliyinin tənqid etdi


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə bir neçə gün əvvəl dünyasını dəyişən bəstəkar Tahir Əkbərin məzar yerinin dəyişdirilməsinə görə, Mədəniyyət və Turizm Nazirliyini tənqid edib.

Azadpress.az sherg.az-a istinadən xəbər verir ki, deputat Azərbaycan mədəniyyət və incəsənətində izi, irsi olan aydınlarımıza qarşı biganəliyin kökündə nə dayanır? sualına belə cavab verib:

"Tahir Əkbərə, Aşıq Ədalətə və digər ziyalılarımıza Allahdan rəhmət diləyirəm. Tahir Əkbərin xanımının addımını müsbət dəyərləndirirəm. Çünki xalqın sevimlisi olmuş insanların belə laqeydcəsinə dəfn edilməsi yolverilməzdir. Ona görə, Mədəniyyət və Turizm Nazirliyinin bu məsələdə qüsurları var. Nazirlik addımlar atmalı, ailəsinə maddi, mənəvi dəstək olmalı idi. Tahir Əkbərin heç olmasa ölümünə qədər göstərdiyi fəaliyyətinə qiymət verilməli idi. Hansısa xalq şairinin, yazıçısının, bəstəkarının qamışlıqda dəfn olunması biz rəsmilərin hamısına utanc gətirir. Ziyalı insanlarımıza, dəyərli mədəniyyət nümayəndələrinə bu cür yanaşmanı anlaya bilmirəm”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.