top of page

Bakıda ən az yanacaq işlədən “Toyota” krossoveri satışa çıxarıldı -QİYMƏTLƏR


Bakıda yeni “Toyota” krossoveri - “C-HR” satışa çıxarılıb.

Bunu Fins.az-a açıqlamasında “Toyota Bakı Mərkəzi”nin PR mütəxəssisi Eldəniz Cəfərov bildirib.

Krossover Bakıda 2 versiyada təqdim edilib. 1.2l turbo mühərrikli “C-HR” 116 at gücü hasil edir. Avtomobilin maksimum sürəti 180 km/saat, qarışıq yanacaq sərfiyyatı isə 6,6 l təşkil edir. Qeyd edək ki, bu, “Toyota” modelləri arasında ən az yanacaq işlədən avtomobildir. Digər versiya 150 at gücü hasil edən 2.0 l mühərriklə təhciz edilib. Bu versiyanın qarışıq yanacaq sərfiyyatı 6,9 l, maksimal sürəti isə 195 km/saat-dır. Yeni krossoverdə ilk dəfə TNGA,(Toyota New Global Architecture) yəni modul şassi idarəetmə sistemi tətbiq edilib. E.Cəfərov bildirib ki, əvvəlcə “Toyota”nın digər modelində sınaqdan keçirilən “Yeni Qlobal Arxitektura” “C-HR”da sürücü üçün komfort yaratmaqla yanaşı, manevr imkanlarını da artırıb.Ən çox yanacaq işlədən avtomobillər – SİYAHI Qeyd edək ki, 1.2l turbo mühərrikli krossoverin qiyməti 25 500 dollar, 2.0 l mühhərikli “C-HR”ın qiyməti isə 24 300 dollardan başlayır.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page