top of page

NATO Türkiyənin"C-400" raket kompleksini almağının niyə əleyhinədir?


NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavelin Türkiyənin Rusiyadan "C-400" müdafiə sistemlərinin alınmasını NATO əleyhinə addım adlandırması Rusiyada istehza ilə qarşılanıb. “Türkiyənin NATO-ya inteqasiya olunmayan bu raketləri almasının mənfi nəticələri olacaq. Qərar verməkdə nə qədər müstəqil olsalar da, bu qərarların nəticələri ilə də üzləşəcəklər”, - deyə o bildirmişdir. "Breaking Defence” xəbər verir ki,hərbi-siyasi blokun nümayəndəsinin sözlərinə görə,əsas problem NATO-nun Türkiyədəki hərbi infrastrukturunun yer alacağı operativ məlumatdır. Pavel vurğulayır ki, bu məlumatlar daha sonra Rusiya sistemlərində saxlanılacaq. "C-400”-ün istifadəyə verilməsi üçün müəyyən hazırlıq lazımdı. Bununla əlaqədar rusiyalı mütəxəssislər yerli mütəxəssislərə təlim keçmək üçün Türkiyəyə gedəcək. Pavel, həmçinin qeyd edib ki, Rusiyadan olan ekspertlər kritik kəşfiyyat məlumatları əldə edə biləcək. Bu da son nəticədə Rusiya rəhbərliyinə ötürülə bilər

Məsələyə münasibət bildirən Rusiya Strategiya və Texnologiya Mərkəzinin ekspert Serqey Denisentsev NATO-nun belə təlaşa düşdüyünü anlamadığını deyib."Əvvəla,bizim "C-300"lər çoxdan NATO üzvü olan Yunanıstanda var. Bu alyansda hər hansı bir problem yaratmayıb. O ki qaldı NATO müdafiə sistemindəki məlumatların ötürülməsinə,bizə laızm olan məlumatı başqa mənbələrdən maksium dərəcədə əldə etmişik və "C-400" ün NATO müdafiə sisteminə qoşulması ilə əlavə məlumatın alınmasına lüzum yoxdur.Texniki cəhətdən də buna imkan yoxdur"-,deyə,ekspert bildirib.Azadpress.az


bottom of page