Azərbaycan Silahlı Qüvvələrinin bu gün başlanan hərbi təlimıəri işğalçı rejimi təşvişə salıb.
Azadpress.az xəbər verir ki,işğalçı Ermənistan XİN müavini Tiqran Balayan öz Twitter səhifəsində Silahlı Qüvvələrimizin təlimlərindən narahatlığını bildirib.O,Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başladığını yazıb.Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycan Ordusunun havaya qaldırdığı qırıcı-bombardımançı təyyarələrin uçuşlarından təlaş içərisindədirlər.Separatçıların Xankəndindəki qərargahında təcili müşavirə keçirilib.
Xatırladaq ki, martın 12-dən 17-dək Müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilir. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.Azadpress.az