top of page

"Polejeniya Anar" gecə klubunda həbs olunub


Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Anar Məhərrəmovun CM-nin 221.1-ci (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəri külli miqdarda əldə etmə və saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Azadpress.az xəbər verir ki, Anar Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində fəaliyyət göstərən "Night Office" gecə klubuna gəlib və orada, onunla birlikdə əylənən qıza sataşdığını əsas gətirərək Bakı şəhər sakini Kamran Hüseynova ağır dərəcəli bədən xəsarətləri yetirib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Şübhəli şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən, ondan narkotik vasitə də aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Anar Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" ləqəbi ilə tanınıb.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı A.Məhərrəmova qarşı irəli sürülən ittihamların sübuta yetirildiyini və ona 9 il cəza təyin olunmasını xahiş edib.Azadpress.az


bottom of page