Televiziya aparıcısı naməlum kişi tərəfindən döyülüb


ATV və Lider TV-də aparıcı olmuş Seva Camalova naməlum bir kişi tərəfindən küçədə döyülüb.

Aparıcı Azadpress.az-a xəbər verib ki, bunla bağlı polisə də müraciət edib:

"Günorta oğlum Muradı bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı, küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam".

Seva Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini əlavə edib:

"Puluna və vəzifəsinə arxalanıb, məni tək görüb bunu etdi. Amma respublikamızda dərəbəylik deyil. Hər şey həllini tapacaq".

Azadpress.az-a məlum olub ki,polis həmin şəxsi tapıb və onunla söhbət edib.Lakin təqsirləndirilən şəxs aparıcını vurduğunu etiraf etmir.Bu hadisənin şahidləri olduğu halda heç kim şahidlik etmək istəməyib.Bu səbəbdən də ərazidə olan müşahidə video kameralarına baxılacaq.Araşdırma aparılır.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.