top of page

ABŞ Konqresi Azərbaycanın düşmənlərinə qucaq açır


Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata bildirib ki, ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası səfirə təqdim edilib. Həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Qeyd edək ki, Qarabağ separatçılarının rəhbəri,hərbi cinayətkar Bako Saakyan 14 martda ABŞ Konqresində çıxış edəcək.Azadpress.az


bottom of page