Britaniya Putinə iki gün vaxt verdi-Əks tədbirlər görüləcək


Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.

Azadpress.az Euronews-a istinadən xəbər verir ki,Tereza Mey Böyük Britaniya parlamentində çıxışı zamanı belə deyib.

Baş nazir bu hadisəni Rusiyanın Böyük Britaniyaya qarşı məsuliyyətsiz və qərəzli hərəkəti adlandırıb.

“Bizə məlumdur ki, Skripal və onun qızı Rusiyada hərbi məqsədlərlə istehsal olunan iflicedici maddə ilə zəhərləniblər”-deyə, Mey bildirib.

O,bəyan edib ki, iki gün ərzində Rusiya tərəfindən Serqey Skripalın işi üzrə izahat gözləyir.Əks təqdirdə Britaniya ilə biznes və digər əlaqələri olan şəxslərə qarşı sərt təbdirlər görüləcək.Rusiyalı turistlərə isə Britaniyaya giriş vizası verilməyəcək.Azadpress.az