Məşhur futbolçu Arda Turanın nikahında şənlik olmadı


 "Medipol Başakşehir"də forma geyən futbolçu Arda Turan iki illik sevgilisi Aslıhan Doğan ilə Beykoz Çubukludakı  Vadi Konaklarında  nikah törəni təşkil etdi. 

Azadpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan və həyat yoldaşı Emine Erdoğan da iştirak ediblər.Prezident cavanlara xeyir dua verib. Emine Erdoğan isə Aslıhanın biləyinə qızıl bilərzik bağlayıb. Nikah törəni olduqca sadəcə keçib,xüsusi şənlik olmayıb.Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.