Ermənistan ordusu döyüş vəziyyətinə gətirildi


Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində hazırlıq vəziyyətinə gətirilib.

Martın 12-dən Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlərə başlaması Ermənistanda və işğal olunmuş ərazilərdəki separatçı qurumda böyük təşviş yaratmışdı. Ermənistan plandankənar təlimlər adı ilə zirehli texnika və artilleriya qurğularını hazır vəziyyətə gətirib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə,təlimlərdə əsas diqqət atəşin aparılması formalarına və metodlarına, döyüş vəziyyəti nəzərə alınmaqla, şərti rəqibin hədəflərinin sıradan çıxarılması xüsusiyyətlərinə yönəldiləcək.

Ermənilər təlimlərdən sonra Azərbaycan Ordusunun hücuma keçəcəyidən narahatdır.Ermənistan mətbuatında ötən günlər ərzində Qarabağda müharibə təhlükəsi haqqında çoxlu sayda məqalələr yayılıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.