top of page

Milli Teleradio Şurası "Media FM"-in "Manpası" verilişini tənqid edib


Milli Televiziya və Radio Şurası (MTRŞ) radiolarla bağlı apardığı monitorinqlərdə bütün radio yayımçılarını əhatə etməyə çalışıb.

Azadpress.az xəbər verir ki,Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov belə deyib.

Şöbə müdiri qeyd edib ki, monitorinqlər zamanı radioların efirində "Televiziya və radio yayımı haqqında" və "Reklam haqqında" qanunların reklam və sponsorluqla bağlı tələblərinin pozulması halları da aşkarlanıb:"Monitorinqlər zamanı radioların efirində milli-mənəvi dəyərlərə zidd mövzuların müzakirəyə çıxarılması ilə bağlı da bir sıra faktlar müşahidə edilib. Xüsusilə "Media FM"-in efirində "Manpası" verilişində bu cür hallara tez-tez rast gəlinir. Bundan başqa, monitorinqlərdə bir sıra aparıcıların efir mədəniyyətinə, mənəvi dəyərlərə zidd açıq və sətiraltı ifadələrdən istifadə etməsi, verilişlərdə milli-mənəvi dəyərlərə zidd mövzularda müzakirələr təşkil olunması, verilişə zəng edən dinləyicilərin ələ salınması kimi hallar da aşkar edilib. Bütün qeyd olunan məsələlərlə bağlı konkret faktların əksini tapdığı geniş arayış hazırlanaraq Şura rəhbərliyinə təqdim edilib. Radiomonitorinqlərin televiziya monitorinqləri kimi, davamlılığının təmin edilməsi nəzərdə tutulur".Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page