top of page

Sükan arxasında telefonu əldə tutmaq cərimədirmi?


Mobil telefonların ildırımsürətli yayılması nəticəsində yol hərəkəti haqqında qanuna da dəyişiklik etmək zərurəti yaratdı. İndi hər kəsin kiçik bir telefonu var. Və zaman-zaman radio verilişinə məhz bu barədə suallar gəlir: Telefon əlimdə idi, danışmırdım və yol polisi saxlayıb cərimə yazdı. Düz yazılıbmı?

Ilk olaraq qanuna baxırıq - İXM 342.6: Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimə.

Sürətli icmal zamanı bizə bir şey aydın olur - Telefonu əldə saxlayıb onu istifadə etmək qadağandır. Yəni sizə cəriməni yalnız telefondan istifadə üçün yaza bilərlər. Bəs əgər sürücü telefonda videoya baxırsa? Və ya messenger-dən istifadə edirsə? O zaman nə alınır ?

Qanununda olan "əldə tutaraq istifadə edilməsi" ifadəsi birlikdə qəbul edilməli və başa düşülməlidir. "Və ya" bağlayıcısı ilə yazılsayıdı, məsələn - "Əldə tutulması və ya istifadə edilməsi" o zaman istənilən halda telefonu əldə tutmaq cərimələnmək üçün əsas sayıla bilərdi. Qanun isə deyir - sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə

Bəs istifadə nə sayıla bilər ? İstifadə dedikdə burada telefonun hansısa funksiyasından sitifadə edilməsi nəzərdə tutulur. Yəni zəng, sms, internet, video, səsli ismarıc və s. Hansı ki, sürücünün telefonda hər hansı bir iş görməsi ilə nəticlənir və telefon texnoloji olaraq əmrləri yerinə yetirir. Bu istifadə etmək sayıla bilər. Bəs saata baxmaq ? Bu sual elə-belə yaranmır. Adətən bu sualı verənlər bir az qeyri-səmimidirlər. Bəlkə də onlar gələn SMS-ə baxıblar amma saat deyirlər. Bu artıq onların səmimiyətinin göstəricisidir. Lakin saata baxmaq qanun pozuntusu deyil. Eyni məntiqlə qolundakı saatda baxmaq belə yoldan diqqətini ayıra bilər. Bəli, sual yarana bilər ki, avtomobildə ən azı 3 yerdə (ayrıca saat, multimediayada saat, alətlər panelində saat) saat olduğu halda , nə üçün telefondakı saata baxırsan? Sualın cavabı belədir - Seçim mənimdir.

Əgər sürücü saat menüsünə daxil olub saatda məsələn zəng dəyişdirib və səhər saat 6-a zəng qoyursa bu istifadədir. Və buna görə cərimə yazıla bilər. Əslində Qanuna əsasən sürücünün qanun pozması sübut edilməlidir. Telefon məsələsində bu çox çətindir. Sürücünun hərəkətləri kamera vasitəsi ilə qeydə alınmayıbsa, bunu sübut etmək bir qədər çətin məsələ olacaq. Sadəcə sürücü qeyrisəmimilik göstərərək məsuliyətdən boyun qaçırmağa çalışacaq.

Əslində qanuna çoxlu sayda bu məsələdə boşluqlar var. Məsələn- yuxarıdakı şəkildə olduğu kimi. Sürücü telefonu çiyni ilə saxlayaraq danışırsa, bu zaman qanun pozuntusu olmur. Çünki anatomik olaraq çiyin əl hesab edilmir. Qanunda yalnız əldə saxlamaqla ifadəsi var. Bəli, inspektor deyə bilər ki, "sən çiyninə əlinlə qoymusan". Telefonu əlinlə çiyninə qoymaq qayda pozuntusu deyil, qayda pozuntusu əldə saxlayıb danışmaqdır. Digər bir məsələ - planşetlər, ipodlar, smart saatlar məsələsidir. Onların da internetə çıxışı olduğu halda zəng etmək, messengerdən yazışmaq kimi funksiyaları aktiv olur. Və bu zaman sürücü məsuliyətə cəlıb edilə bilməz. Çünki planşet və ya ipod telefon sayılmır.

Sağlam məntiq onu deyir ki, istənilən halda sükan arxasında bu cür davranışlar təhlükəlidir. Bunu etməklə sürücü özünü və ətradfadakı hərəkət iştirakçılarını təhlükəyə qoyur. Qanun bu cür boşluqlarla zəngin olmalı deyil və düz 4 il bundan öncə etdiyim təklifi təkrarlamaq istəyirəm. İXM 342.6 bu redaksiyada daha hər tərəfli olacaq : Sürücü tərəfindən hərəkətdə olarkən, telefon, smartfon və buna bərabər tutulan digər cihazlardan əlavə köməkçisiz (qulaqlıq, AUX, bluetooth, media güzgü və s.) istifadə etdikdə (danışmaq, ismarıclaşmaq, video izləmək və s cihazın funkisyalarından istifadə etmək) 250 manat miqdarında cərimələnir. Qanunda boşluq olduqca, qeyri-səmimi sürücülər qayda pozmadığını iddia edərək daha böyük təhlükələr yaradacaq. (AvtoStop)


bottom of page