Gürcüstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixeil Saakaşvili Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə martın 15-də Bakıya gəlməyəcək .
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə,martın 15-17-də Bakıda VI Beynəlxalq Qlobal Forum keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrinin prezidentləri, sabiq prezidentlər, hökumət başçıları və siyasətçilər toplaşır.
Azadpress.az xəbər verir ki,Saakaşvilinin Forum çərçivəsində çıxışı nəzərdə tutulmayıb.
M.Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilmiş Cənubi Qafqaz Forumunda da iştirak edib. O zaman gürcü siyasətçi Gürcüstan prezidenti olaraq Foruma qatılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək Qlobal Müştərək Cəmiyyətlər Forumunda sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir.Azadpress.az