top of page

Azərbaycan Avropaya gedən 1ton heroini dövriyyədən çıxarıb


Azadpress.az xəbər verir ki,Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə deyib.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti Karen Çeyson ilə görüşü zamanı DGK dövlətlərarası əməkdaşlığın səmərəsindən danışıb.Əməkdaşlığın nəticəsi olaraq gömrük vergiləri, ixraca nəzarət sahəsində qanunvericiliyin hazırlanması, kinoloji xidmət itlərinin təlim mərkəzinin yaradılması və digər istiqamətlərdə mühüm nəticələr əldə olunduğunu bildirib. Azərbaycanda qaçaqmalçılığa qarşı görülən tədbirlərdən də bəhs edən komitə sədri bildirib ki, gömrük orqanları tərəfindən son iki ildə 3 ton 851 kq-dan çox narkotik, o cümlədən əksər hissəsi Avropaya aparılmaq üçün nəzərdə tutulan 1 ton 214 kq-dan çox heroin qanunsuz dövriyyədən çıxarılıb.Azadpress.az


bottom of page